Ordumuzun kimya bölmələrindən yüksək peşəkarlıq - VİDEO


17:30     14 İyun 2019 19_06_14_1560519184.jpg


Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, təlimin əsas məqsədi kimya təminatı bölmələrinin uzlaşmış fəaliyyətini, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarını, həmçinin mənəvi-psixoloji dözümlüyünü artırmaqdan ibarət olub.

Təlim zamanı bölmələr kimyəvi kəşfiyyatı yerinə yetirməklə zəhərləyici maddələrin növünü, zəhərli ərazinin sərhədlərini təyin edib və digər tapşırıqları icra ediblər.

Keçirilən taktiki-xüsusi təlim zamanı şəxsi heyət yüksək döyüş qabiliyyəti nümayiş etdirib.



Femida.az

Açar sözlər: #ordu   #hərbi   #kimya  

Oxunub: 748