Münaqişədən daha çox ziyan görən erməni icmasıdır - Tural Gəncəliyev
09:46 20 İyun 2019
Dağlıq Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə biz onlarla birlikdə yaşamağa hazırıq.
Femida.azın məlumatına görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.
İcma rəhbəri bildirib ki, erməni icması azərbaycanlılarla bir yerdə yaşamağı dərk etməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində sülh bərqərar olmayacaq: “Ona görə də biz bu mesajları çatdırmaqla onları başa salmaq istəyirik ki, bu münaqişədən daha çox ziyan görən elə erməni icmasıdır. Çünki onlar girov və əsarət altında saxlanılırlar”.
T.Gəncəliyev bildirib ki, erməni icması Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının bu cür mesajlarına reaksiya vermir: “Təəssüflər olsun ki, onlar bizim əlaqə yaratmaq, təmas qurmaq, dialoq aparmaqla bağlı fikirlərimizə reaksiya göstərmirlər. Bu da bir daha Ermənistanı və erməni icmasını nəzarətdə saxlayan Dağlıq Qarabağdakı qondarma rejimin nə qədər qeyri-konstruktiv mövqedə olduğunu göstərir”.
Femida.az
Oxunub: 388
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb