Bakıda yol qəzalarının yeni görüntüləri - VİDEO
16:23 20 İyun 2019
Bakıda baş vermiş avtomobil qəzalarının yeni görüntüsü yayılıb.
Femida.az Avtosfer.az-a istinadən xəbər verir ki, videoda əksini tapan ilk qəza M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Binəqədi rayonunda, “Vorovski dairəsi” kimi tanınan ərazidə dairəyə girən “Lada Priora” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığı yandığı halda sağdan gələn nəqliyyat vasitəsini buraxmır. Bu zaman öz yolu ilə gələn avtomobil ona çırpılır.
İkinci video isə hər zaman qəzaların baş verdiyi nöqtədir. Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində iki avtomobil toqquşur. Koroğlu Rəhimov istiqamətindən gələn avtomobil əks tərəfdən gələn avtomobili buraxmır və Həsən Əliyev küçəsinə dönmək istəyir. Bu zaman qəza baş verir.
Hər iki halda sürücülər yolayrıcını keçmə qaydasını pozur.
Femida.az
Oxunub: 818
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb