Nazir Qubada vətəndaşları qəbul edəcək


17:15     20 İyun 2019 oqtay%20shireliyev12.jpg

Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-də saat 11:00-da Quba Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazir Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları sakinlərinin müraciətlərini, şikayətlərini və fikirlərini dinləyəcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər Quba MRX-də qeydiyyatdan keçə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 362