Komitə sədri rektorların qadın qorxusundan danışdı
11:52 21 İyun 2019
"Azərbaycanda elə peşə sahəsi yoxdur ki, qadınlar orda çalışmasınlar".
Femida.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərdi Hicran Hüseynova "Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər" adlı Beynəlxalq Forumda deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün bütün imkanlar var: "Əlbəttə qadınlar kişilərdən daha ehtiyatlıdırlar, bəzən risk etmək istəmirlər. Buna görə biz onlara sahibkarlıq fəaliyyəti göstərməyə kömək göstərməliyik. Onların cəmiyyətin bütün sahələrinə inteqrasiya olmasını təşviq etməliyik".
H. Hüseynovanın sözlərinə görə bu gün ali təhsil ocaqlarının texniki sahələr üzrə fakültələrində qadınların sayı ildən-ilə artır: "Bir çox hallarda rektorlar gileylənirlər ki, belə getsə, texniki sahələri də qadınlar əlimizdən alacaqlar. Olsun, mən buna sevinirəm".
Femida.az
Oxunub: 350
Oxşar xəbərlər
- Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
- Komitə: On bir yaşlı ana və körpəsinin dövlət müəssisəsinə yerləşdirilməsinə baxılacaq
- Komitə məcburi köçkünün ev məsələsinə aydınlıq gətirdi
- Komitə sədrindən COVAX-a etiraz
- Komitə sədri onlayn vətəndaş qəbulu keçirəcək
- Komitə videokonfrans formatında dinləmə keçirəcək
- Komitə köçkünlərin qayıtması ilə bağlı açıqlama yaydı - Söylənilən fikir yanlış anlaşılıb
- Komitə dünya azərbaycanlılarına müraciət etdi
- Komitə Bərdədə qaçırılan 17 yaşlı qızla bağlı məsələni araşdırıb
- Komitə: Azərbaycanda boşanmaların sayı artıb