Zaqatalada it 81 yaşlı qadının qulağını qoparıb
13:41 22 İyun 2019
Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb.
Femida.az -ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Əliabad qəsəbə sakini Pirdas İslam qızı İsrafilova heyvanları yemləyərkən ailəsinə məxsus itin hücumuna məruz qalıb.
İt qadının sol qulağını dişləyərək qoparıb. Qadın Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib.
Xəstəxanadan bildirilib ki, ötən gün saat 20:30 radələrində rayonun Yuxarıçardaxlar kənd sakini, 2012-ci il təvəllüdlü Məryəm Vüqar qızı Xəlilova da it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Məryəm Xəlilovaya lazımı yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra amblator müalicə almaq şərti ilə evə buraxılıb.
Oxunub: 383
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib