Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb


15:14     25 Mart 2022 22_03_25_1648205431.jpg

Zaqatala rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Femida.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 497