Rusiya Aİ-yə qarşı ərzaq embarqosunun müddətini uzatdı


19:19     24 İyun 2019 19_06_24_1561381276.jpg

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqına qarşı tətbiq edilən xüsusi iqtisadi tədbirlərin müddətinin uzadılmasını nəzərdə tutan fərman imzalayıb.

Femida.az -ın verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, Avropa mallarına qarşı ərzaq embarqosu “Rusiyanın təhlükəsizliyinin təmin olunması məqsədilə” 2020-ci ilin yanvarından sonuna qədər davam etdiriləcək.

Qeyd edək ki, Avropa İttifaqı Şurası ötən həftənin sonunda Krım və Donbassla bağlı məsələyə görə Rusiyaya qarşı sanksiyaların müddətini 1 il artırıb.

Açar sözlər:

Oxunub: 374