Bakıda tələbələr imtahan suallarını oğurladı - Nəticələr ləğv olundu
10:31 25 İyun 2019
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edib, Riyaziyyat və Fizika suallarını sistemdən oğurlayıb.
İyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.
Eyni zamanda UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsi ilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə etdiyi müəyyən olunub.
Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imatahanların keçirilməsinə dair qərar qəbul edib.
Qeyd etmək istərdik ki, hadisə ilə bağlı ADNSU–nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılmış və 21 iyun tarixində 2-ci kurs üzrə təhsil alan bütün tələbələr ilə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.(Qafqazinfo)
Femida.az
Oxunub: 989
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb