Tramp İranla müharibədən danışdı: Çox vaxt aparmayacaq


12:18     27 İyun 2019 19_06_27_1561623574.jpg

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yerüstü əməliyyatın aparılması imkanını nəzərdən keçirmir, lakin əmindir ki, Vaşinqton üstün qüvvələrə malikdir.

TASS xəbər verir ki, bunu D.Tramp “Foks biznes” telekanalının efirində deyib.


O, “ABŞ və İran arasında müharibə olacaqmı” sualına cavab verərkən bildirib:

“Ümid edirəm ki, yox. Lakin əgər nəsə baş versə, biz çox üstün vəziyyətdəyik. Mən yerüstü əməliyyatdan danışmıram, demirəm ki, milyonlarla əsgər göndərəcəyik. Sadəcə, deyirəm ki, nəsə baş versə, bu, çox vaxt aparmayacaq”.

Açar sözlər:

Oxunub: 225