Daha bir qadın güləşçimiz finalda


20:00     27 İyun 2019 2019/06/81D9CDD5-5B6F-4CF7-9D63-6A27EB4ABEE3_1561651389.jpeg

Azərbaycanın daha bir qadın güləşçisi “Minsk 2019”un finalına vəsiqə qazanıb.

Femida.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova yarımfinalda rumıniyalı Krişta İnçze ilə qarşılaşıb.

Güləşçimiz 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. E.Qəmbərova finalda ukraynalı Yuliya Tkaç ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 335