Azərbaycan Beynəlxalq forumda təmsil olunacaq


12:38     29 İyun 2019 Baki%20(2)_50QCENAT.jpg

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Parlamentarizmin inkişafı” adlı II Beynəlxalq forumda iştirak etmək üçün iyunun 30-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.



Femida.az-ın məlumatına görə, tədbirdə “Beynəlxalq təhlükəsizlik: sülh və stabillik üçün parlamentarilərin dialoqu”, “Qanun yaradıcılığı və rəqəmsal gələcəyin hüquqi əsasları”, “Parlamentlərarası əməkdaşlıq: prinsiplər və istiqamətlər” mövzularında müzakirələr aparılacaq.

Forum çərçivəsində yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasında hüquqi tənzimləmənin əhəmiyyəti, mediada saxta xəbərlərə qarşı mübarizə yolları, ekoloji qanunvericilik, parlamentarizmin inkişafında gənclərin rolu, beynəlxalq humanitar hüquq və bu sahədə parlamentlərarası əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.

Deputatımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Səfər iyulun 3-də başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 366