Həmsədrlər bəyanat yaydı
18:18 29 İyun 2019
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) birgə bəyanat yayıblar.
Femida.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, vasitəçilər iyunun 27-28-də Vyanada ATƏT-in baş katibi Tomas Qremingerə və qurumun fəaliyyətdəki sədri Miroslav Layçaka regiona son səfərləri və bu yaxınlarda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Moskvada və Vaşinqtonda keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.
Həmsədrlər həmçinin ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri, polkovnik Vladimir Minariklə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.
İyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları qarşılıqlı olaraq azad etmələrini alqışlayan həmsədrlər belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini də yüksək qiymətləndiriblər.
“Həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar”, – deyə bəyanatda vurğulanıb.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- Həmsədrlərdən sərhədindəki gərginliklə bağlı bəyanat
- Həmsədrlər Bakı və İrəvana çağırış edib
- Həmsədrlər bəyanat yaydılar
- Həmsədrlər atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa çağırır
- Həmsədrlərin "yay yuxusu" və payız "oyanışı" - KARİKATURA
- Həmsədrlər tərəfləri danışıqlara çağırır
- Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı
- Həmsədrlər Yerevanda Nikol Paşinyanla görüşüblər
- Həmsədrlərin Qarabağ icması ilə görüşünə XİN-dən münasibət
- Həmsədrlərin Qarabağ münaqişəsi ilə bağlı növbəti addımı BUNLAR OLACAQ