Birinci kursu bitirməyinə az qalmışdı, qəzada öldü - Foto


09:44     30 İyun 2019 2019/06/408847CB-6F29-4FBB-9689-BC683B204FFC_3123740006.jpeg

Qobustanda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Femida.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-2106" toqquşub.

Qəza nəticəsində “06”da olan Qobustanın Təklə kənd sakini Nəbiyev Mürvət Zahid oğlu hadisə yerində keçinib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəbiyev Mürvət Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi olub. Onun birinci kursu bitirməsinə sayılı günlər qalmışdı.




Femida.az

Açar sözlər:

Oxunub: 416