Bakıda oğlan sevdiyi qadını öldürüb başqası ilə otelə getdi: ŞOK görüntülər
17:15 01 İyul 2019
O, bir neçə gün sonra könüllü surətdə polisə təslim olub
Bakıda evinin qarşısında xüsusi amansızlıqla qətlə yetirilən Səkinə Hümbətovanın ölümü ilə bağlı təfərrüat ortaya çıxıb.
Femida.az xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan "Kriminal" verilişində məlumat verilib. Belə ki, 1991-ci il təvəllüdlü Mərdanov Zəfər Rafiq oğlu ondan ayrılmaq istəyən sevgilisindən intiqam almaq niyyətinə düşüb. Bu səbəblə iki bıçaq götürərək başqa bir qadının avtomobilində Səkinənin yaşadığı evə gəlib.
Aralarında yaşanan mübahisə zəminində o, qadını bıçaqlamağa başlayıb. Lakin bıçaqlardan biri Səkinnənin çantasına batıb. Bundan sonra o, digər bıçağı götürərək onu öldürüb. Qətldən sonra maşına minərək digər qadınla birlikdə otelə gedib. Bir neçə gün sonra isə könüllü surətdə polisə təslim olub.
Məhkəmə Mərdanov Zəfər Rafiq oğluna 18 il həbs cəzası verib.
Hadisə ilə bağlı videonu təqdim edirik:
Oxunub: 1613
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb