Saatlıda əmisini başından güllələyən şəxsin cəzası azaldılıb


19:44     02 İyul 2019 19_07_02_1562079982.jpg

Şirvan Apelyasiya Məhkəməsində Saatlıda qətl törədən şəxsin şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Fuad Soltanovun sədrliyi ilə keçirilən prosesdə Əkbərov Saleh Valeh oğlunun apelyasiya şikayəti təmin edilib.

S.Əkbərovun cəzası 1 il azaldılaraq 9 ilə endirilib.


Qeyd edək ki, 2018-ci il noyabrında Saatlı rayonunun Azadakənd kəndində 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əmisi, 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunu avtomobilində başından güllələyərək öldürüb.

Qətlə yetirilən O. Əkbərov kriminal avtoritet olduğu bildirilir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 405