Bakıda universitetdə yanğın olub


09:54     03 İyul 2019 19_07_03_1562133331.jpg


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.


Yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib. / Report

Femida.az

Açar sözlər: #universitet   #yanğın   #UNEC  

Oxunub: 951