Arvadı ilə dalaşan kişi bıçağa əl atdı- Bakıda qanlı olay


10:30     03 İyul 2019 19_07_03_1562135486.jpg

Binəqədi rayonu, 1-ci Mədən yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Qafarlı Ülviyyə Kamal qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 422