Yol polisi vətəndaşlara müraciət etdi
14:34 04 İyul 2019
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib.
İdarədən Femida.az-a bildirilib ki, Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.
Əsasən yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökumətinin 2019-cu il 1 iyul tarixli 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb-səhifəsi vasitəsilə daha ətraflı məlumat ala bilərlər.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- Yol polisi sürücülərə müraciət etdi
- Samuxda reyd - 15 sürücü cərimələndi
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
- DYP dayanacaqları zəbt edən sürücüləri cərimələdi - VİDEO
- Yol polisi sürücülərə müraciət edib
- Yol hərəkəti üzrə inzibati qaydalar gündə 12 min dəfə pozulur
- Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyulur? - VİDEO
- YPX millimizin velosipedçisini cərimələdi
- Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb
- DYP: 345 sürücü postlardan geri qaytarılıb