Ermənistan və Rusiya birlikdə genişmiqyaslı hərbi təlim keçirəcək


16:20     04 İyul 2019 19_07_04_1562242918.jpg


Ermənistan və Rusiya birlikdə hərbi təlimlər keçirməyi planlaşdırır.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan açıqlama verib:

"Bu il Ermənistan və Rusiyan bir neçə hərbi təlimi birgə keçirəcək. Təlimlərin ikisi genişmiqyaslı xarakter daşıyacaq".

Ermənistanın sabiq müdafiə naziri Vaqarşaq Harutyunyan isə bildirib ki, təlimlər əvvəlcədən nəzərdə tutulmuşdu:

"Kollektiv Təhlükəsizlik Müqaviləsinin tərəfləri olduğundan iki ölkə bu cür təlimləri planlaşdırır. Digər tərəfdən, belə təlimlərin keçirilməsi zamanı regional hadisələr də nəzərə alınır. Azərbaycan və Türkiyənin etdikləri ortaq təlimləri yaxından izlədik. Bu il iki dəfə keçirildi. Onlardan biri Naxçıvanda baş tutdu və hansı ki, bizim üçün çox önəmli idi. Rusiya - Ermənistan birgə təlimlərinə də bu aspektdən baxmalıyıq”.

Amin

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #siyasət   #ordu  

Oxunub: 520