Abşeronda yol qəzasında 4 nəfər xəsarət alıb


22:33     04 İyul 2019 19_07_04_1562264388.jpg

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 20:37 radələrində Məhəmmədi kəndi ərazisində “Luk Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində iki qadın, bir kişi, bir uşaq olmaqla 4 nəfər yaralanıb.

APA xəbər verir ki, müxtəlif bədən xəsarətləri alan yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərilsə də hazırda xəsarət alanların müalicəsi davam edir.

Açar sözlər:

Oxunub: 347