Böyük oyuna 22 min bilet satılıb


21:00     05 Noyabr 2015 qarabag8.jpg

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və Fransanın "Monako" klubu arasında keçiriləcək oyuna 22 min bilet satılıb.


Bu barədə Femida.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 1, 2, 3, 5, 10 və 20 manatdır.

VİP oturacaqlara isə biletin qiyməti 50 manatdır.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da start götürəcək.

Açar sözlər:

Oxunub: 772