"Aska" ləqəbli kriminal avtoritet tutuldu
15:09 05 İyul 2019
Hacıqabul rayonunda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.
Femida.az Report-a istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi, ev 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Asəf Adil oğlu Sevdimaliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Femida.az
Oxunub: 821
Oxşar xəbərlər
- Hacıqabul sakini bıçaqlanıb
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabul sakini itkin düşüb
- Hacıqabulda avtomobil 52 yaşlı qadını vuraraq ağır xəsarət yetirib
- Qaradağ və Hacıqabulda su kəsiləcək
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda 59 yaşlı qadın itkin düşüb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır