Hacıqabulda avtomobil 52 yaşlı qadını vuraraq ağır xəsarət yetirib


09:55     20 Fevral 2022 2022/02/0b567f21-26f3-3a41-9681-5333e6635e5f_850_1645334243.jpg

Hacıqabulda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

Avtomobil 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızını vurub.

Yaralı təcili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş hematoması, müştərək travma, sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1431