Gəncədə 5 otaqlı ev yanıb


10:17     08 İyul 2019 yangin_38673636.jpg

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 112 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yüksək temperaturdan evin plastik qapı və pəncərəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın  

Oxunub: 276