Banqladeşdə baş verən yanğında 15 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb


09:33     05 İyun 2022 22_06_05_1654407239.jpg

Banqladeşin cənub-şərqindəki Sitakunda şəhərində şənbə günü konteyner anbarında baş verən yanğında azı 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Femida.az “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.

"Hazırda 15 nəfər ölüb. Ən azı 40 yanğınsöndürən və 10 polis də daxil olmaqla 170-ə yaxın insan yaralanıb. Hadisə üç yanğınsöndürən ölüb", - o deyib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Daha əvvəl 4 nəfərin öldüyü bildirilib.

Açar sözlər:

Oxunub: 258