İrandan gələn qadını xəstəxanaya apardılar - Bağırsağından narkotik çıxdı


12:04     08 İyul 2019 bagirsaq%20heroin.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İrandan gələn qadın Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı olan həmin şəxsin üzərində aparılan yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 10 ədəd bağlamada, ümumi çəkisi 197 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DGK   #Heroin  

Oxunub: 488