İlham Əliyev Macarıstana rəsmi səfər edəcək
19:33 08 İyul 2019
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonunadək Macarıstana rəsmi səfəri gözlənilir.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyev deyib.
Onun sözlərinə görə, dövlət başçısının səfəri daha əvvəl 2018-ci il üçün planlaşdırılmışdı:
“Lakin bir sıra səbəblərdən səfər təxirə salındı. Ümid edirəm ki, İlham Əliyevin Macarıstana rəsmi səfəri cari ilin sonuna qədər baş tutacaq”.
Diplomat bildirib ki, Azərbaycan Prezidentinin Budapeştə səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq haqqında 12 ikitərəfli sazişin imzalanması gözlənilir:
“Ölkələrimiz arasında müqavilə-hüquq bazasının əsas zərfi artıq razılaşdırılıb. Buna baxmayaraq, biz müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq haqqında daha 12 müqavilənin imzalanması üçün hazırlıq görürük”.
V.Quliyev iki ölkənin siyasi sahədə mövcud münasibətlərini sabit və müsbət qiymətləndirib:
“Dövlət başçılarımızın qarşılıqlı səfərləri siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Lakin iqtisadi əməkdaşlıq haqqında bunu demək olmaz. Ticari-iqtisadi əlaqələrimiz artır, ancaq əfsus ki, bu, elə də böyük templə baş vermir”.
Səfirin sözlərinə görə, Macarıstanın Baş naziri bu ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Sammitinin yubiley iclasında iştirak edəcək:
“Budapeşt Bakını beynəlxalq strukturlarda fəal dəstəkləyir. Macarıstan turistlərinin Azərbaycana marağı artır. Bakı və Budapeşt arasında birbaşa hava əlaqəsi buna yardım edir”.
O, təhsil sahəsində əməkdaşlığa toxunaraq diqqətə çatdırıb ki, 600-dən çox azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil alır:
“Cari il onların sayı daha 200 nəfər artacaq”.
Oxunub: 352
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib