Bakıda Pakistan vətəndaşının evini qarət etdilər


21:27     08 İyul 2019 ogurluq.jpg

Bakıda əcnəbinin yaşadığı ev qarət olunub.

Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İyunun 13-də iş qurmaq üçün Bakıya gələn, Pakistan vətəndaşı, Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 60-da kirayə yaşayan, 1971-ci il təvəllüdlü Khan Rabia Asjerkhan polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 15:15-də yaşadığı evin qapısını açıq qoyaraq mətbəxə keçib. Qayıdandan sonra otaqda olan iki ədəd bahalı mobil telefonunun oğurlandığını görüb.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 409