Ayaqqabısında yarım kiloqram narkotik gizlədən şəxs saxlanıldı
09:27 09 İyul 2019
Astara Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayaqqabısında qaçaqmal yolu ilə İran İslam Respublikasından yarım kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri Corat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rövşən Şükürov Astara şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı hər iki ayaqqabısının içərisindən qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə satış məqsədilə gətirdiyi ümumilikdə 505 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 310
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb