Abşeronda quldurluq edən "maskalı" gəncə hökm oxunub


13:17     09 İyul 2019 hokm5.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 yaşlı Həsən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə H.Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, Hökməli qəsəbəsində yaşayan Həsən Bayramov bu ilin yanvar ayında saxlanılıb. O, Abşeron rayonunda başına maska taxmaqla soyuq silahla evlərə girərək vətəndaşlardan pul, qızıl tələb etməkdə ittiham edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 371