Zaqatala və Balakən sakinlərinin nəzərinə


19:28     10 İyul 2019 19_07_10_1562764790.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il iyulun 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala və Balakən rayon sakinlərinin qəbulunu keçirəcək.


Femida.az-a daxil olan məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 491