Spiker Zahid Oruca irad tutdu: “Gündəlik ətrafında danış”
13:43 12 İyul 2019
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.
Femida.az xəbər verir ki, Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.
O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.
Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdır: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.
Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış!”.
Femida.az
Oxunub: 600
Oxşar xəbərlər
- Spiker Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
- Spikerlər Füzulidə olublar
- Spiker Macarıstana gedib
- Spiker İsrail səfiri ilə görüşdü
- Spiker: "İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı qanunun qəbul edilməsi üçün iclaslar keçirəcəyik"
- Spiker: “Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur”
- Spiker yenə deputatlara əsəbiləşdi
- Spiker müəllimləri təbrik etdi
- Spikerlə deputat arasında mübahisə yarandı