Bu şəxsin evi 4-cü dəfə yandı
17:04 14 İyul 2019
Cəlilabad sakininin evində dördüncü dəfə yanğın baş verib.
Femida.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Bədirli kəndində baş verib.
Kənd sakini Zakir Əliyevə məxsus ev yanıb. Yataq otağından başlayan yanğın qısa zamanda evi tamamilə bürüyüb. Hadisə yerinə FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını çağırılsa da, evin əksər hissəsi tamamilə yanıb.
Ailə üzvləri xəsarət almayıb. Ancaq artıq 4-cü dəfədir ki, evdə yanğın olması diqqət çəkir. Ailə üzvləri yanğının əvvəllər də məhz yorğan-döşəkdən başladığını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 614
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir