Dənizdə iki nəfər boğulub, biri xilas edilib


17:23     14 İyul 2019 19_07_14_1563110723.jpg

Bilgəh çimərliyində iki nəfər dənizdə boğulub.

Femida.az-ın oxu.az-a istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub. Dənizdə batan iki nəfərdən biri xilas edilib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ona ilkin yardım göstərib. Vəziyyəti yaxşıdır.

Digər şəxsin axtarışları isə davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 525