"Visa" işğal olunmuş ərazilərdə fəaliyyətini tam dayandırıb


09:34     15 İyul 2019 19_07_15_1563168944.jpg


"Visa" beynəlxalq kart təşkilatı ölkənin işğal olunmuş ərazilərində öz brendi altında ödəniş kartları ilə bankomatlarda əməliyyatların aparılmasını tam dayandırıb.


Bu barədə Femida.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumatda deyilir ki, bu qərar Palata ilə birgə fəaliyyət əsasında müəyyən edilmiş faktlar üzrə qəbul edilib. Mövcud problemin həlli istiqamətində əsaslı addımlar atan ilk beynəlxalq kart təşkilatı kimi "Visa" bu ərazilərdə Ermənistan banklarının quraşdırdığı 20-dən çox bankomatda təşkilatın brendini daşıyan ödəniş kartları ilə nağd və nağdsız formada əməliyyatların aparılmasını dayandırıb.

Xatırladaq k, "Visa" Azərbaycanda 1997-cı ildən etibarən fəaliyyət göstərir. Yerli bankların emissiya etdiyi "Visa" brendli ödəniş kartlarının ümumi sayı 3 milyona ədədə yaxındır.

Femida.az

Açar sözlər: #palata   #Qarabağ   #visa  

Oxunub: 766