Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib


18:44     28 Oktyabr 2021 2021/10/8AE00C50-F031-4070-902B-B2C09B85DD1B_1635435590.png

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 23-nə təyin edilmiş iclasında baxılacaq.


Femida.az

Açar sözlər: #Məhkəmə    

Oxunub: 1753