MSK Elza ilə bağlı qərar verdi


20:40     06 Noyabr 2015 elzaaa.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd olan Elza Seyidcahanın (Qasımova) şikayətinə baxılıb.


O, şikayətində bildirib ki, noyabrın 1-də parlament seçkilərində səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntuları baş verib.

E.Seyidcahan həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

MSK şikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib.

Açar sözlər:

Oxunub: 1478