Gürcüstan XİN-dən “Keşikçidağ” - Açıqlaması
09:08 16 İyul 2019
Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində baş verən insidentlə bağlı məlumat yayıb.
Femida.az xəbər verir ki, nazirlik baş verənlərin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinə uyğun olmadığını hesab edir.
Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb.
“Bu cür insidentlər hər iki ölkənin mövcud strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, öz növbəsində ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri davam etdirilməlidir, Gürcüstan tərəfi də bu işdə tam hazırlığını nümayiş etdirir”, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilir.
Femida.az
Oxunub: 632
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
- Gürcüstan Prezidenti ABŞ-a gedib