11 yaşlı qızı it dişlədi


09:25     17 İyul 2019 it_dislemesi_455.jpg

Ötən gün axşam saatlarında Qax rayonunun Qazmalar kənd sakini, 2008-ci il təvəllüdlü Xatun Suyavuş qızı Məmmədova it dişləməsi xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, 11 yaşlı X.Məmmədovanı sağ ayağından yaşadığı kəndin ərazisində it dişləyib.

Yaralıya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 318