AZAL-ın təyyarəsi quşla toqquşdu


12:26     17 İyul 2019 azal8.jpg

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları"na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.



Femida.az bu barədə "Azərbaycan Hava Yolları"na istinadən xəbər verir.

Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 609