Arvadını azyaşlı uşağının gözü qarşısında öldürəndən ŞİKAYƏT
19:31 17 İyul 2019
Bakıda keçmiş arvadını öldürməkdə təqsirli bilinən İlkin Abdullayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Femida.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, İlkin Abdullauebv barəsində olan hökmün yüngülləşdirilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Abdullayev 18 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Qətl hadisəsi ötən ilin oktyabrın 24-də Xətai rayonunda baş verib.
24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb.
Lakin boşanmalarına baxmayaraq onların arasında münaqiş davam edib.
Oktyabrın 23-də özü ilə qatlanan bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib.
Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.
İstintaq orqanı tərəfindən İlkin Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Femida.az
Oxunub: 354
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır