Qazaxda 3 otaqlı ev yanıb


19:54     17 İyul 2019 yanğın.jpg

Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 120 m² olan 1 mərtəbəli 3 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, evin dam örtüyü və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 241