Gürcüstan Daxili İşlər naziri Baş Prokurorluqda dindirildi
10:55 18 İyul 2019
Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya Baş Prokurorluqda 20-21 iyun tarixlərində Tbilisidə etiraz nümayişi zamanı polisin sui-istifadə etməsi iddiasının araşdırılması çərçivəsində dindirilib.
Femida.az-ın “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Qaxariyanın özü məlumat verib.
“Bildiyiniz kimi, Baş Prokurorluq xidmət zamanı yola verilmiş mümkün səhvləri araşdırır və bu istiqamətdə tədbirlər görür. Çoxlu suallar verildi. Mən də müvafiq olaraq bütün sualları cavablandırdım...”, -deyə DİN rəhbəri bildirib.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.
Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib. Kobaxidze Bakıya rəsmi səfərini yarımçıq kəsərək ölkəsinə qayıtdıqdan sonra istefa verib.
Etiraz aksiyası zamanı 80 polis olmaqla 240 nəfər xəsarət alıb. İki gənc insan rezin güllələr səbəbindən gözlərini itirib.
Femida.az
Oxunub: 319
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
- Gürcüstan Prezidenti ABŞ-a gedib