Fövqəladə hallar naziri ölkədə deyil


19:19     19 May 2015 79069a4686e7eff74c6d222486ce6096.jpg

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 19 may 2015-ci il tarixində Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə səfərə gedib.


Femida.az FHN-nin saytına istinadən xəbər verir ki, səfərin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsidir.

Açar sözlər:

Oxunub: 1143