Fövqəladə halın müddətini uzadılacaq


22:08     22 Yanvar 2016 apero-police-preps-m-0.jpg

"Fransa ölkədəki fövqəladə halın müddətini uzatmağı planlaşdırır".


Femida.az-ın məlumatına görə, bu barədə Davos İqtisadi Forumunda çıxış edən Fransanın baş naziri Manual Vals BBC kanalına açıqlama verib.

Baş nazir bildirib ki, buradakı fövqəladə hal ölkə İŞİD təhlükəsindən xilas olana qədər uzadılmalıdır: "Təhlükə davam etdikcə fövqəladə hal da davam edəcək. İŞİD-in Afrika, Yaxın Şərq və Asiyadakı kökünü qurutmalıyıq. Bizim terrora qarşı apardığımız mübarizə qlobal mübarizədir”.

Xatırladaq ki, 13 noyabrda Fransanın paytaxtı Parisdə baş verən terror aktı ilə bağlı ölkədə 3 aylıq fövqəladə hal elan edilmişdi.

Açar sözlər:

Oxunub: 729