Braziliya İran gəmilərinə yanacaq verməkdən imtina edib
15:22 20 İyul 2019
İranın “Sapid” dövlət şirkətinə məxsus 4 yük gəmisi Braziliyada yan alıb.
Femida.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, İrana aid gəmilərin Braziliayada yan almasına səbəb kimi yanacağın bitməsi göstərilib.
Məlumata görə, yerli “Petrobras” İran gəmisinə yanacaq verməkdən imtina edib.
Braziliya şirkəti saxlanılan “Delruba”, “Ganj”, “Bavand” və “Termeh” adlı gəmilərin ABŞ-ın sanksiyasına düşdüyünü bildirib. “Petrobras” bəyan edib ki, İran gəmilərinə yanacaq verəcəyi halda özləri ciddi ziyana düşəcəklər.
Məlumata əsasən, gəmilər Braziliyaya qarğıdalı gətirmək üçün göndərilibmiş. “Daryabar” adlı 5-ci gəmi isə qarğıdalı yükü ilə yanacaq doldurmağa nail olub.
Oxunub: 430
Oxşar xəbərlər
- Braziliyada turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb
- Braziliyalı senator erməni terroru qurbanlarının xatirəsini anıb
- Braziliyada avtobus qəzası, 21 nəfər ölüb
- Braziliyada futbolçular təyyarə qəzasında həlak olublar
- Braziliyada məhbuslar tunel qazaraq həbsxanadan qaçıb
- Braziliyada kilsədə atışma - 3 nəfər ölüb
- Braziliyada banka hücum - 10 ölü var
- Braziliyada ölənlərin sayı 150 nəfər oldu
- Braziliyada vertolyot küçəyə düşüb, ölən və yaralananlar var
- Braziliya prezidenti İlham Əliyevi təbrik edib