Uşaq alverində günahlandırılan ukraynalı qadın Bakıda saxlanıldı

Uşaq alverində günahlandırılan ukraynalı qadın Bakıda saxlanıldı


18:03     21 İyul 2019 19_07_21_1563717860.jpg

Uşaq alverində günahlandırılan 36 yaşlı Ukrayna vətəndaşı Yuliya Suslyak Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanılıb.

Femida.az “TASS”a istinadən xəbər verir ki, Tbilisi şəhər məhkəməsinin iyulun 19-da azadlığa buraxdığı Yuliyayaya Gürcüstan ərazisinə keçməyə icazə verilməyib. Suslyakın vəkili Zurab Toduanın sözlərinə görə, o, Bakı-Tbilisi qatarında saxlanılıb.


Qeyd edək ki, Yuliya ilk dəfə gürcü polisi tərəfindən bu ilin aprelində tutulub. O, Rusiya vasitəsilə Ukraynadan Gürcüstana 10 uşaqla birgə keçmək istəyərkən tutulub. Suslyak 10 uşağın aası olduğunu desə də, bu, polisdə şübhə doğurub. Uşaqlardan dördünün sənədlərində doğum tarixi 2017, üçününkü isə 2018 göstərilib. Polis Yuliyanın uşaqları qanunsuz olaraq Abxaziyaya keçirərək satmağa çalışmasından şübhələnib.



İyunda keçirilən ekspertizadan sonra məlum olub ki, Suslyak və əri, həqiqətən, uşaqların bioloji valideynləridir. Onlardan bəziləri süni mayalanma yolu ilə dünyaya gəlib. Belə olan halda Gürcüstan Baş Prokurorluğu Daxili İşlər Nazirliyi ilə birgə Y.Suslyakın uşaqlarının Ukrayna tərəfinə verilməsi haqqında qərar qəbul edib.

Bu müddətdə isə Suslyak həbsdə olub. İyulun 19-da isə Tbilisi şəhər məhkəməsi cinaət işini bağlayaraq Yuliyanı azadlığa buraxıb.

Açar sözlər:

Oxunub: 178