SSRİ-nin adını çəkdi, barəsində cinayət işi qaldırıldı

SSRİ-nin adını çəkdi, barəsində cinayət işi qaldırıldı


10:48     22 İyul 2019 19_07_22_1563778161.jpg


Latviya Rus İttifaqının rəhbərlərindən biri barəsində latışları respublikanın SSRİ-yə birləşməsi günü münasibətilə təbrik etdiyinə görə cinayət işi qaldırılıb.


Aleksandr Filey özünün “Facebook” səhifəsində “17 iyun. Bayramınız mübarək!” başlığı altında qeyd yerləşdirib. Bununla bağlı o, 5 il müddətinə həbs edilə, yaxud böyük məbləğdə cərimə oluna və icbari işlərə göndərilə bilər.

Faktla əlaqədar Latviyanın Rus İttifaqı bəyanat yayaraq bildirib ki, Fileyə qarşı başlanmış işi söz azadlığının pozulması hesab edir və Aleksandra lazım olan bütün kömək göstəriləcək. / virtualaz.org



Femida.az

Açar sözlər: #SSRİ  

Oxunub: 226