Bakıda çinli qadın soyuldu
10:52 22 İyul 2019

Yasamal rayonu ərazisində sərnişin avtobuslarından birində Çin Xalq Respublikasının vətəndaşı olan qadının çantasından oğurluq edilib.
DİN-dən Femida.az-a zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək avtobusda olan zaman naməlum şəxsin onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurladığını bildirib.
Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb.O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun cari ilin fevralında Yasamal rayonunda bir avtomobilin açıq qalan pəncərəsindən salona daxil olaraq 800 manatdan artıq pul oğurladığı da məlum olub. Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 28-PB-nə müraciət edə bilərlər.
Femida.az
Oxunub: 180
Oxşar xəbərlər
- Bakıda təcili yardım maşını qəzaya düşdü
- Bakıda ana və qızın qətlə yetirildiyi evdən görüntü: Qapıda ayaq izi var (VİDEO)
- Bakıda velosiped oğrusu saxlanıldı
- Bakıda 81 yaşlı qadının başından vurub pullarını apardılar
- Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
- Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
- Bakıda ağır cinayət: Ana və qızı evdə qətlə yetirildi
- Bakıda qəza törədən qadın sürücü gərginlik yaradıb (VİDEO)
- Bakıda sabiq məmuru sifarişlə güllələyən şəxslə bağlı qərar çıxarıldı
- Bakıda qadına qarşı iyrənc əməl - Polis iki şəxsi saxladı